"Qarabağ"ın növbəti rəqibi dəqiqləşib - sürpriz komanda

Xəbərlər
30 İyul 2025 23:24
83
"Qarabağ"ın növbəti rəqibi dəqiqləşib - sürpriz komanda

"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi bəlli olub.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu "Şkendiya" (Şimali Makedoniya) klubu ilə qarşılaşacaq.

Şimali makedoniyalılar II təsnifat mərhələsindən FCSB-ni mübarizədən kənarlaşdırıblar. "Şkendiya" hər iki oyunda güclü rəqibini məğlub edərək, sürprizə imza atıb (1:0, 2:1).

Şimali Makedoniya çempionu turnirə ilk mərhələdən start verib və TNS (Uels) komandasını əlavə vaxtda mübarizədən kənarlaşdırıb. Komandalar arasında ilk oyun 0:0, cavab matçı isə 2:1 hesabı ilə başa çatıb.

"Qarabağ" "Şkendiya" ilk görüşü avqustun 5-6-da səfərdə keçirəcək, cavab matçı isə 12-də Bakıda olacaq.

Qeyd edək ki, II təsnifat mərhələsindən mübarizəyə qoşulan "Qarabağ" hər iki oyunda "Şelburn"dan güclü olub (3:0, 1:0).

İdman.biz