Şeydayev start heyətində oynayıb, “Kocaelispor” 3 xala sevinib

Xəbərlər
3 Fevral 2024 19:16
Şeydayev start heyətində oynayıb, “Kocaelispor” 3 xala sevinib

Azərbaycan yığmasının futbolçusu Ramil Şeydayev “Kocaelispor”un heyətində ikinci oyununu keçirib.

İdman.biz xəbər verir ki, onun komandası öz meydanında “Adanaspor”a qalib gəlib.

Ramil start heyətində yer alıb və 73 dəqiqə mübarizə aparıb. “Kocaelispor” yeganə qolla qələbə qazanıb. Bu qələbədən sonra Şeydayevin komandası 2-ci pilləyə yüksəlib. İzmit klubunun hesabında 42 xal var.

Qeyd edək ki, “Kocaelispor” 22-ci turda Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor”la qarşılaşacaq.

İdman.biz