“Qarabağ”da baş məşqçi istefası gerçəkləşib

Xəbərlər
25 Yanvar 2024 12:05
873
“Qarabağ”da baş məşqçi istefası gerçəkləşib

“Qarabağ” futbol akademiyasında baş məşqçi istefası gerçəkləşib.

İdman.biz xəbər verir ki, bunu Ağdam klubunun U-15 komandasının baş məşqçisi Rakif Əliyev sosial şəbəkə paylaşımında açıqlayıb.

Çalışdırıcı vəzifəsindən ayrıldığını bildirib: “Bu gün öz istəyimlə “Qarabağ” akademiyasından ayrıldım. Komandamla ölkə çempionu və Türkiyədə beynəlxalq turnirdə çempion olduq. Bunun üçün çox şadam. Bu gün də komandamı 1-ci pillədə təhvil verdiyim üçün bütün futbolçularıma “çox sağ ol” deyirəm”.

Qeyd edək ki, “Qarabağ” U-15 Liqada keçirdiyi 16 oyundan sonra 45 xalla çempionatın lideridir.

İdman.biz

Məqalədə: