Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişmədi

28 Avqust 2026 09:28
90
Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişmədi

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməz qalıb.

İdman.Biz xəbər verir ki, ölkəmiz 23,687 əmsalla UEFA-nın ölkə reytinqində 25-ci pillədə qərarlaşıb.

Azərbaycanın cari mövsümdə qazandığı əmsal 5,125-dir. Ölkəmiz 24-cü sırada yer alan İsraildən 0,188 əmsal geri qalır. İsrailin hesabında 23,875, 26-cı pillədəki Sloveniyanın aktivində isə 22,843 əmsal var.

Qeyd edək ki, “Qarabağ” ötən gün UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda “Tvente”yə əlavə vaxtda 1:4 hesabı ilə məğlub olub. İlk qarşılaşmada 1:0 hesablı qələbə qazanan Ağdam təmsilçisi iki oyunun nəticəsinə görə 2:4 hesabı ilə mübarizəni dayandırıb.

Reytinq cədvəlinə 101,907 əmsalla İngiltərə başçılıq edir.

İdman.Biz