“Dinamo” ilə oyunda zədələnən Elvin Cəfərquliyevin son durumu necədir? - VİDEO

7 Avqust 2026 13:47
115
“Dinamo” ilə oyunda zədələnən Elvin Cəfərquliyevin son durumu necədir?

Kiyev “Dinamo”su ilə oyunda zədələnən “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev MRT müayinəsindən keçəcək.

Bu barədə “Qarabağ”ın mətbuat xidmətindən İdman.Biz-ə məlumat verilib.

Klubdan bildirilib ki, futbolçunun durumu ilə bağlı son məlumat MRT müayinəsindən sonra açıqlanacaq.

Qeyd edək ki, Elvin Cəfərquliyev UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda Kiyev “Dinamo”suna qarşı keçirilən görüşdə zədələnib. Qarşılaşma “Dinamo”nun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında cavab matçı avqustun 13-də Bakıda keçiriləcək.

İdman.Biz