Qurbanov icarəyə verilib

16 Yanvar 2024 17:24
620
Qurbanov icarəyə verilib

"Araz-Naxçıvan" futbolçusu Bayraməli Qurbanovu icarəyə verib.

İdman.biz xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Futbolçu "Difai"nin uğurları üçün çalışacaq. O, mövsümün sonuna qədər Birinci Liqa klubunun formasını geyinəcək.

Qeyd edək ki, cari mövsümdə 9 oyuna çıxan Qurbanov 109 dəqiqə meydanda olub.

İdman.biz