“Bəzi oyunlarda yaxşı çıxış etsək də, nəticə əldə edə bilmədik. Bu futboldur və təcrübəli komandaların mərhələ adlayacağı gözlənilirdi”.
İdman.biz xəbər verir ki, bunu Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Braqa”nın yarımmüdafiəçisi Joau Moutinyu Çempionlar Liqasında uğursuz çıxışlarını şərh edərkən deyib.
Avropa çempionu və Çempionlar Liqasının qalibi bildirib ki, artıq əsas hədəflərinin Avropa Liqasında yaxşı oyun göstərməyin vaxtıdır: “Əhəmiyyətli olan “Braqa”nı Avropa səhnəsində saxlamağımızdır. Avropa Liqası “Qarabağ”la başlayan yeni missiyadır. Bilirik ki, finala gedən yolda lider komandalar var. Amma hədəfimiz böyükdür və titul uğrunda mübarizə apara bilərik. Ehtiyatlı olmalıyıq, çünki futbol gözlənilməz nəticələr ilə boldur”.
Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında oyunlar fevralın 15-də və 22-də keçiriləcək.
Emin Ağa
İdman.biz
