“Qarabağ”ın yeni mövsümə hazırlıq planı məlum olub

9 İyun 2026 21:47
118
“Qarabağ”ın yeni mövsümə hazırlıq planı məlum olub

“Qarabağ” futbol klubu 2026/2027 mövsümünə hazırlıq planını açıqlayıb.

İdman.Biz-in klubun mətbuat xidmətinə istinadən məlumatına görə, iyunun 10-da Bakıda bir araya gələcək komanda hazırlığın ilk mərhələsini paytaxtda keçəcək. Bu mərhələ iyunun 22-dək davam edəcək.

“Qarabağ” iyunun 22-də Avstriyaya yollanacaq. Komanda hazırlığın ikinci mərhələsini Tirol əyalətində keçirəcək. Avstriya toplanışı iyulun 2-dək davam edəcək.

Təlim-məşq toplanışı çərçivəsində üç yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.

İyunun 27-si komanda ÇSKA (Sofiya) ilə qarşılaşacaq. Oyun saat 19.00-da başlayacaq.

İyulun 1-də isə Ağdam klubu iki yoxlama oyunu keçirəcək. Saat 15.00-da başlayacaq matçda onların rəqibi Ukraynanın “Metallist Xarkov” klubu olacaq. Saat 20.00-da isə “Qarabağ” – “Ferentsvaroş” (Macarıstan) oyunu başlayacaq.

İdman.Biz