“Sumqayıt” futbol klubunun yay hazırlıq planı müəyyənləşib.
Klubun sözçüsü Zaur Xudiyev İdman.Biz-ə açıqlamasında bildirib ki, “Gənclik şəhəri” təmsilçisi təlim-məşq toplanışını Qəbələdə keçirəcək.
Hazırlıq prosesi çərçivəsində komandanın dörd yoxlama oyunu keçirməsi nəzərdə tutulub.
Qeyd edək ki, mövsümün başa çatmasından sonra “Sumqayıt” komandaya rəhbərlik edən serbiyalı mütəxəssis Saşa İliç ilə yollarını ayırıb.
