“Araz-Naxçıvan” heyətinə yeni futbolçu qatıb.
İdman.biz xəbər verir ki, bunu Premyer Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Naxçıvan klubu “Sabah”ın futbolçusu İldar Alekperovu icarəyə götürüb. Hər iki cinahda və hücumda oynamaq bacarığına malik 23 yaşlı futbolçu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın heyətində forma geyinəcək.
Qeyd edək ki, İldar cari mövsümdə 4 oyun keçirib.
İdman.biz
