FİFA reytinqi: Yığmamız Qvineya-Bissau və Mozambiki keçəcək

Xəbərlər
7 Yanvar 2024 14:00
252
FİFA reytinqi: Yığmamız Qvineya-Bissau və Mozambiki keçəcək

2024-cü ilin ilk FİFA reytinqi ilə bağlı ehtimallar cədvəli açıqlanıb.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin də fevralın 15-də dərc olunacaq siyahıdakı təxmini mövqeyi bəlli olub.

Hesabat dövründə yığmaların iştirakı ilə Asiya və Afrika çempionatlarının görüşləri, həmçinin yoldaşlıq matçları keçiriləcək. Lakin bu oyunlar baş tutmadan da Azərbaycan millisinin irəliləyəcəyi proqnozlaşdırılır.

Düzdür, hazırda baş məşqçisiz olan komandamız heç bir görüşə çıxmayacaq. Millimizin 1174,22-yə bərabər olan xal hesabı da dəyişməz qalacaq.

Lakin digər yığmalarda baş verəcəyi gözlənilən ciddi itkilər Azərbaycan millisinin lehinə olacaq. Əgər qarşıdakı matçlarda ciddi sensasiyalar olmasa, komandamız 5 pillə irəliləyəcək. Yığmamız Hindistan, Qvineya-Bissau, Tailand, Livan və Mozambiki keçəcək. 2023-cü ilin dekabrında açıqlanan siyahıda planetin 114-cüsü olacaq yığmamız yeni cədvəldə 109-cu olacaq.

Qeyd edək ki, 1855,20 xala malik Argentina liderliyini qoruyacaq.

İdman.biz

Məqalədə: