“Ayın qolu” layihəsində mart ayının qalibləri müəyyənləşib.
İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasından məlumat verilib.
Münsiflər heyətinin səsinə əsasən, Misli Premyer Liqasında “Zirə”in futbolçusu Eren Aydın, Birinci Liqada “Şəfa”ın oyunçusu Tərlan Quliyev və İkinci Liqada “Qaradağ Lökbatan”ın futbolçusu Emil Quluzadə birinci olub.

