Emin Mahmudov: “Onunla uğurlu nəticələr qazanacağıq”

Xəbərlər
29 Dekabr 2023 12:34
801
Emin Mahmudov: “Onunla uğurlu nəticələr qazanacağıq”

“Təbii ki, Bojoviçi Rusiyadan tanıyıram”.

İdman.biz xəbər verir ki, bu sözləri “Neftçi”nin futbolçusu Emin Mahmudov klubunun mətbuat xidmətinə yeni baş məşqçisi Miodraq Bojoviç haqqında danışarkən deyib.

31 yaşlı yarımmüdafiəçi bildirib ki, Miodraq Bojoviç “Dinamo”, “Lokomotiv” kimi böyük klublarda, eləcə də digər komandalarda işləyib: “Ümid edirəm ki, onunla uğurlu nəticələr qazanacağıq. Bojoviçin tapşırıqlarını yerinə yetirməyə çalışacağıq. İnşallah, onunla işləməyimiz uğurlu alınar. Rusiyada onun çalışdırdığı komandalara qarşı oynadığım üçün orada tez-tez qarşılaşırdıq”.

Qeyd edək ki, “Neftçi”nin yeni baş məşqçi Miodraq Bojoviç dekabrın 24-də təyin olunub. O, bu posta rumıniyalı mütəxəssis Adrian Mutunu əvəzləyib.

İdman.biz

Məqalədə: