“Qarabağ”ın oyunçuları artıq İngiltərədədirlər - FOTO

Xəbərlər
26 Yanvar 2026 23:36
133
“Qarabağ”ın oyunçuları artıq İngiltərədədirlər

UEFA Çempionlar Liqasının əsas mərhələsinin səkkizinci turunda “Liverpul”la qarşılaşacaq “Qarabağ”ın oyunçuları artıq İngiltərədirlər.

İdman.Biz xəbər verir ki, bu barədə klubun sosial şəbəkədəki səhifəsində məlumat verilib.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin səkkizinci turunun “Liverpul” - “Qarabağ” oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq.

Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

“Qarabağ” 7 oyundan sonra 10 xal toplayıb və Çempionlar Liqasında 18-ci yerdədir.

“Liverpul” isə 15 xalla dördüncü yerdə qərarlaşıb.

İdman.Biz