“Kəpəz”lə oyunda zədələnən Bədavi Hüseynov Liverpula yollanacaqmı? - Klubdan AÇIQLAMA

Xəbərlər
26 Yanvar 2026 14:55
98
“Kəpəz”lə oyunda zədələnən Bədavi Hüseynov Liverpula yollanacaqmı? - Klubdan AÇIQLAMA

Misli Premyer Liqasının 17-ci turunda “Kəpəz”lə (0:2) oyunda zədələnən “Qarabağ”ın futbolçusu Bədavi Hüseynovun səhhəti ilə bağlı son durum bəlli olub.

Klubun Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev futbolçunun durumunun yaxşı olduğunu söyləyib.

“Futbolçunun hazırki vəziyyəti yaxşıdır və müdafiəçi komanda ilə Liverpula yollanır”, - deyə o, offsideplus.az-a açıqlamasında bildirib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin səkkizinci turunun “Liverpul” - “Qarabağ” oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

İdman.Biz