Azərbaycan Premyer Liqasında 2026-cı ilin ilk qolu qeydə alınıb.
İdman.Biz xəbər verir ki, həmin qol Misli Premyer Liqasının 17-ci turu çərçivəsində “İmişli” ilə “Araz-Naxçıvan” arasında baş tutan qarşılaşmada vurulub.
Görüşün 5-ci dəqiqəsində “İmişli”nin futbolçusu Luis Silvestr fərqlənərək 2026-cı ilin ilk qolunun müəllifi olub.
