“Kəpəz” qış toplanışında 10 yetirməsinə şans verib - FOTO

Xəbərlər
21 Yanvar 2026 13:22
41
“Kəpəz” qış toplanışında 10 yetirməsinə şans verib - FOTO

“Kəpəz”in qış təlim-məşq toplanışı çərçivəsində keçirdiyi iki yoxlama görüşü komanda üçün əlamətdar olub.

İdman.Biz xəbər verir ki, baş məşqçi Azər Bağırov bu qarşılaşmalarda “Kəpəz”in 10 yetirməsinə şans verib.

“Sarı-göylər”in yetirmələrindən qapıçı Elgün Bayramov, müdafiəçilər Arzu Atakişiyev, Ümid Səmədov, yarımmüdafiəçilər Fərid Kələntərov, Amur Yusifov, Raul İsaqov, Nihad İsaqov, hücumçular Şahnur İsmayılov, Sadiq Şəfiyev və Elxan Məmmədov meydana daxil olublar.

Azər Bağırov oyunlardan sonra akademiyadan dəvət olunan futbolçuların gələcəkdə əsas komandanın real namizədləri olacağına inandığını bildirib.

İdman.Biz