Renat Dadaşov növbəti dəfə Türkiyə Superliqasında qələbə qazana bilməyib.
İdman.biz xəbər verir ki, onun çıxış etdiyi “Hatayspor” səfərdə heç-heçə oynayıb.
Çempionatın 17-ci turunda Renatın komandası “Ankaragücü”nün qonağı olub. Tərəflər 90 dəqiqə ərzində topu qapıdan keçirə bilməyiblər. Dadaşov 82-ci dəqiqədə əvəzlənib. “Hatayspor” ardıcıl 4-cü qarşılaşmanı qələbəsiz başa vurub.
Qeyd edək ki, 16 oyundan sonra hesabında 19 xal olan Hatay klubu turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
İdman.biz
