“Qarabağ” və “Ayntraxt”ın ilk “24-lüy”ə düşmək üçün şanslar var. Ağdam təmsilçisi bu matçda qalib gələrsə, istədiyinə nail ola bilər”.
Bu sözləri millinin sabiq məşqçisi Şahin Diniyev deyib.
Təcrübəli mütəxəssis UEFA Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunda keçiriləcək “Qarabağ” - “Ayntraxt” matçı ilə bağlı fikirlərini bölüşüb.
“Bu il 11 yox, 8 və ya 9 xal belə kifayət edəcək ki, növbəti mərhələyə yüksələsən. Bizim çempionatda fasilədirsə, Almaniya Bundesliqasında mövsüm davam edir. Oyun təcrübəsi baxımından “Ayntraxt” bizdən bir addım öndədir. Amma “Qarabağ” futbolçulara fasilə vermişdi ki, bu da lazım idi. Oyunçularda psixoloji yüklənmə vardı. Komanda oyun ritmindən düşməyib. Kağız üzərində “Ayntraxt” favorit olsa da, təmsilçimiz belə situasiyalardan çıxa bilib. “Ayntraxt” müəyyən üstünlüyə sahibdir, “Qarabağ” isə təcrübəli komandadır. Bu matçdan qələbə ilə ayrılmaq olar”, - deyə sport24.az-a açıqlamasında deyib.
Qeyd edək ki, görüş yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
