“Qəbələ”nin sabiq futbolçusu Birinci Liqada oynayacaq

Xəbərlər
12 Yanvar 2026 16:50
48
“Qəbələ”nin sabiq futbolçusu Birinci Liqada oynayacaq

Azərbaycan Birinci Liqa təmsilçisi “Baku Sportinq” Premyer Liqa təmsilçisi “Qəbələ”dən ayrılan hücumçu Elşad Tağıyevi transfer edib.

İdman.Biz xəbər verir ki, bu barədə ”Baku Sportinq” Futbol Klubu məlumat yayıb.

24 yaşlı oyunçu ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, E.Tağıyev son olaraq “Qəbələ”də çıxış edib.

İdman.Biz