“Neftçi”nin futbolçusu xəstəxanadan evə buraxılıb

Xəbərlər
20 Dekabr 2023 15:55
148
“Neftçi”nin futbolçusu xəstəxanadan evə buraxılıb

AFFA U-15 Liqasının 15-ci turu çərçivəsində keçirilən “Ulduz Mingəçevir”lə qarşılaşmada zədələnən “Neftçi”nin futbolçusu Nurəziz Əzizov müalicəsini başa vurub.

Klubdan İdman.bizə verilən məlumata görə, qapıçı bu gün xəstəxanadan evə buraxılıb.

Qeyd edək ki, dekabrın 10-da keçirilən matçın 37-ci dəqiqəsində zədələnən qolkiper dalağın partlaması diaqnozu ilə əməliyyat olunub.

İdman.biz