Britaniya jurnalistləri “Qarabağ”la oyunda “Çelsi”nin heyətindəki əsas “günahkar”ı tapıblar

Xəbərlər
6 Noyabr 2025 02:00
30
Britaniya jurnalistləri “Qarabağ”la oyunda “Çelsi”nin heyətindəki əsas “günahkar”ı tapıblar

İngiltərə mediası Çempionlar Liqasının dördüncü turunun 2-2 hesabı ilə başa çatan “Qarabağ” – “Çelsi” oyununun nəticələrini müzakirə edib.

İdman.Biz xəbər verir ki, jurnalistlər əvəzedici heyətdə meydana çıxdıqdan sonra “göylər”i məğlubiyyətdən xilas edən Alehandro Qarnaçonun, eləcə də londonluların ilk qolunu vuran gənc braziliyalı Estevaonun oyununu yüksək qiymətləndiriblər.

Eyni zamanda, müdafiəçi Jorrel Hato sərt tənqid olunub. Gənc oyunçu ağdamlıların qolları zamanı böyük səhvə yol verib, penaltiyə səbəb olub və mətbuatın iddiasına görə, matçı məhv edib.

Reytinqlərə görə, Estevao 8, Qarnaço da 8, Enzo Fernandes 7, Hato isə cəmi 2 xal toplayıb. Həmçinin qeyd olunub ki, “Çelsi” qeyri-sabit oynayıb, rəqibin təzyiqinə tab gətirə bilməyib və pley-offa vəsiqə uğrunda mübarizədə mövqeyini möhkəmləndirmək üçün fürsəti əldən verib.

Çempionlar Liqasının dördüncü turundan sonra “Qarabağ”ın yeddi xalı var. Qurban Qurbanovun komandası növbəti oyununu noyabrın 25-də səfərdə İtaliyanın “Napoli” komandasına qarşı keçirəcək.

İdman.Biz