Qurban Qurbanov: “Get-gedə rəqiblər daha da çətinləşir”

Xəbərlər
22 Oktyabr 2025 23:40
47
Qurban Qurbanov: “Get-gedə rəqiblər daha da çətinləşir”

“Dinamik və sürətli komandaya qarşı çıxış etdik”.

İdman.Biz xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda “Atletik”ə qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.

“Oyun yaxşı alındı. Ən azı, məğlub olmaq istəmirdik. Qarşılaşma boyunca şanslarımız var idi. Futbolçularım sona kimi mübarizə apardılar. Dünən oyundan əvvəl mətbuat konfransında dediyimiz sözlərin canlı şahidi olduq. Dinamik və sürətli komandaya qarşı çıxış etdik. Onlar sürətli tempi sona qədər qoruyub saxladılar. Futbolçularımız üçün bu, asan deyildi.

“Atletik” hesabda 2:1 öndə olarkən daha çox riskə getdik və müdafiədə boşluqlar verməyə başladıq. Nəticədə üçüncü qolu qapımızda gördük. Əsas mərhələdə get-gedə rəqiblər daha da çətinləşir və məsuliyyət böyüyür”, - Qurbanov deyib.

Qeyd edək ki, “Atletik” – “Qarabağ” matçı ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib.

İdman.Biz