“Kəpəz”in portuqaliyalı qapıçısı: ““Onun futbol fəlsəfəsini anlamağa çalışırıq”

Xəbərlər
8 Dekabr 2023 17:41
145
“Kəpəz”in portuqaliyalı qapıçısı: ““Onun futbol fəlsəfəsini anlamağa çalışırıq”

“Yeni baş məşqçimizin futbol fəlsəfəsini anlamağa çalışırıq. İstədiklərini, tələblərini yerinə yetirməyə səy göstəririk”.

İdman.biz xəbər verir ki, bunu “Kəpəz”in portuqaliyalı qapıçısı İqor Rodriqeş deyib.

Kollektivə uyğunlaşma mərhələsindən söz açan qolkiper bildirib ki, hər oyuna uğurlu nəticə qazanmaq üçün çıxır.

Rodriqeş Gəncə şəhəri ilə bağlı da təəssüratlarını bölüşüb: “Gözəl şəhərdir. Gəzdikcə çox şeyi kəşf edirəm. Əsasən tarixi yerlər xoşuma gəlir. İnsanları qonaqpərvərdir. Gəncədə yerli basketbol klubunun oyunlarına da gedirəm. Ancaq voleybola getməyə vaxtım olmayıb”.

Qeyd edək ki, cari mövsümdə “Kəpəz”ə transfer olunan İqor 4 matça çıxıb. “Kəpəz” klubu 15 turdan sonra 10 xalla turnir cədvəlinin sonuncusudur.

İdman.biz