Yunanıstanın Volos şəhərində atletika üzrə Balkan çempionatı (stadionda) keçirilir.
İdman.biz xəbər verir ki, yarışda çıxış edən Azərbaycan idmançılarından Əlhəm Nağıyev 200 metr məsafəyə qaçışda 20,70 nəticə ilə şəxsi nəticəsini yeniləyərək qızıl medal qazanıb.
Lamiyə Vəliyeva isə 200 m məsafəyə qaçışda 23,93 san nəticə göstərib və 7-ci olub.
Üç təkanla tullanma yarışında Nazim Babayev 16,00 m nəticə ilə 4-cü, Rüstəm Məmmədov isə 15,85 m göstərici ilə 5-ci yeri tutublar.
İdman.biz