Ulu öndər Heydər Əliyevin və Azərbaycan atletikasının 100 illik yubileyinə həsr olunan 100 km məsafəyə ultramarafon qaçışı keçirilib.
İdman.biz xəbər verir ki, Dənizkənarı Milli Park ərazisində təşkil olunan yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə baş tutub.
Saat 03:00-da start verilən yarışda türkiyəli Üzeyir Söylemez 7 saat 37 dəqiqə 56 saniyə göstərici ilə qalib olub. Ağa Əliyev 8:31.22 nəticə ilə 2-ci yeri tutub. Artyom Əliyev isə finişə 3-cü gəlib.
Qadınlar arasında Leyla Abdinova 10:57.57 göstərici ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Natalya Vallek 2-ci, Cəmilə İrəfiyeva isə 3-cü olub.
Mükafatlandırma mərasimi saat 16:30-da Azərbaycan Dövlət Kukla Teatrının arxasında baş tutacaq. Mərasimə Avropa Atletika Assosiasiyasının prezidenti Dobromir Karamarinov qatılacaq.
Qeyd edək ki, Ağ şəhər bulvarından Su İdman Sarayının arxa hissəsi istiqamətində 5 dairəni əhatə edən ultramarafona 50-yə yaxın iştirakçı qatılıb.
İdman.biz