Avropa Atletika Assosiasiyasının dəstəyi, Gənclər və İdman nazirliyi, Elm və Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsinin və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə OCEP (Olympic Culture and Education Programme) proqramına daxil olan məktəbli şagirdləri arasında “Kids’ Athletics” yarışlarının final mərhələsi baş tutub.
İdman.biz xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan atletikasının 100 illiyinə həsr olunan yarışda 18 məktəbdən 6-sı finalda mübarizə aparıb.
Onlar 144 şagird arasından həlledici mərhələyə yüksəlib. Yekunda 19 saylı məktəb 1-ci, 229 saylı məktəb 2-ci, 164 saylı məktəb isə 3-cü yeri tutub.
Yarışı izləyənlər arasında Gənclər və İdman nazirinin müavini Mariana Vasileva, Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftahətdinova və Atletika Federasiyanın İcraiyyə Komitəsinin üzvü, Milli Məclisin deputatı Könül Nurullayeva da olub.
İdman.biz