Marafon üzrə ikiqat olimpiya çempionu Eliud Kipçoqe Antarktidada qaçmağı planlaşdırır.
İdman.Biz xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Keniyalı atlet bildirib ki, özünü sınağa çəkmək və ekstremal şəraitdə yarış təcrübəsi qazanmaq məqsədilə bu addımı atmaq niyyətindədir.
Qeyd edək ki, 40 yaşlı Kipçoqe 2016 və 2020-ci illərdə keçirilən Yay Olimpiya Oyunlarında marafon qaçışının qalibi olub.
