Oxatanlarmızın Antalya sınağı

Xəbərlər
2 İyun 2025 19:10
52
Oxatanlarmızın Antalya sınağı

Kamandan Oxatma üzrə Azərbaycan yığması Dünya Kubokunda çıxış edəcək.

İdman.biz xəbər verir ki, yarış iyunun 3-8-də Türkiyənin Antalya şəhərində keçiriləcək.

Dünya kubokunun 3-cü mərhələsində komandamızın heyətində 6 idmançı yer alacaq. Beynəlxalq turnirdə ölkəmizi Yaylagül Ramazanova, Fatimə Hüseynli, Svetlana Simonova, Məhəmmədəli Əliyev, Roman Vengerov və Əhməd Hüseynov təmsil edəcəklər.

Qeyd edək ki, Azərbaycan idmançıları fərdi, komanda, eləcə də qarışıq yarışlarda mübarizə aparacaqlar.

İdman.biz