MPK və Azərbaycan Kamandan Oxatma Federasiyası arasında memorandum imzalanıb - FOTO

Xəbərlər
2 Dekabr 2025 12:47
103
MPK və Azərbaycan Kamandan Oxatma Federasiyası arasında memorandum imzalanıb - FOTO

Milli Paralimpiya Komitəsi (MPK) və Azərbaycan Kamandan Oxatma Federasiyası arasında parakamandan oxatmanın inkişafı ilə bağlı anlaşma memorandumu imzalanıb.

İdman.biz xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, hər iki qurum rəsmiləri arasında geniş tərkibdə görüş keçirilib.

Tərəflər parakamandan oxatmanın inkişafı və əməkdaşlıq imkanlarını müzakirə ediblər. Memoranduma əsasən, hər iki qurum ölkədə parakamandan oxatmanın inkişafı, əlilliyi olan şəxslərin bu idman növünə cəlb edilməsi və birgə layihələrin həyata keçirilməsi istiqamətində qarşılıqlı fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, memorandumu komitənin baş katibi Toğrul Rəhimov və federasiyanın baş katibi Fərid Xəlilov imzalayıblar.

İdman.Biz