Dünya çempionatı: Daha 3 güləşçimiz mübarizəyə qoşulur

Xəbərlər
15 Sentyabr 2025 10:50
53
Dünya çempionatı: Daha 3 güləşçimiz mübarizəyə qoşulur

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin heyətində bu gün daha 3 idmançı mübarizəyə qoşulacaq.

Sərbəst güləş
65 kq

Əli Rəhimzadə 1/16 finalda İslam Hüseynovla (UWW) güləşəcək.

97 kq
Maqomedxan Maqomedov təsnifat mərhələsində hindistanlı Viki Viki ilə üz-üzə gələcək.

Qadın güləşi
59 kq

Günay Qurbanova təsnifat mərhələsində Otelie Heie (Norveç) ilə münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, bu gün daha iki sərbəst güləşçimizin medal şansı var. Osman Nurməhəmmədov (92 kq) bürünc medal uğrunda, Cəbrayıl Hacıyev (79 kq) təsəlliverici qarşılaşmada mübarizə aparacaq.

Mundialın ilk 2 günündə Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzov (61 kq) və Arseniy Djioyev (86 kq) bürünc mükafat qazanıblar.

İdman.biz