Azərbaycan dünya çempionatını 11 qızıl, 3 gümüş və 7 bürünc medalla başa vurub

Xəbərlər
2 Dekabr 2023 15:32
951
Azərbaycan dünya çempionatını 11 qızıl, 3 gümüş və 7 bürünc medalla başa vurub

Bakıda hərbiçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatına yekun vurulub.

İdman.biz xəbər verir ki, 18 ölkədən 222 pəhləvanın qatıldığı mundialı Azərbaycan millisi 21 (11-3-7) medalla başa vurub.

Yunan-Roma güləşi üzrə komandamızın heyətində Nihad Quluzadə (60 kq), Ziya Babaşov (63 kq), Ülvi Qənizadə (72 kq) və Murad Əhmədiyev (97 kq) çempion tituluna layiq görülüb. Laçın Vəliyev (87 kq) ikinci, Fərid Sadıqlı (55 kq), Qurban Qurbanov (77 kq) və Azad Əliyev (82 kq) isə 3-cü yeri tutub.

Sərbəst güləşçilərimizdən Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq), Turan Bayramov (74 kq), Orxan Abbasov (79 kq) və İbrahim Yusubov (92 kq) qızıl, Ceyhun Allahverdiyev (61 kq) gümüş, Fərid Cabbarov (86 kq) bürünc mükafata sahib olublar. Yığmamız komanda hesabında birinci olub.

Qadın güləşçilərimizdən isə Ruzzana Məmmədova (49 kq) və Jalə Əliyeva (57kq) dünya çempionu adına yiyələniblər. Elnurə Məmmədova (52 kq) ikinci, Nərgiz Səmədova (50 kq), Gültəkin Şirinova (53 kq) və Birgül Soltanova (62 kq) üçüncü yerə layiq görülüblər.

İdman.biz