Güləşçilərimiz Özbəkistandan 5 medalla dönüb - FOTO

Xəbərlər
22 Noyabr 2023 10:14
276
Güləşçilərimiz Özbəkistandan 5 medalla dönüb - FOTO

Özbəkistanın Gülüstan şəhərində kəmər güləşinin 5 növü üzrə dünya çempionatı keçirilib.

İdman.biz xəbər verir ki, turnirdə Azərbaycan idmançıları 5 medal qazanıblar.

Güləşçilərimizdən Elnur Abdullayev "üç güləş" üzrə ikinci yerə, kəmər və bel güləşi üzrə üçüncü yerə çıxıb.

Mələkxanım Məmmədova isə kəmər və bel güləşi üzrə ikinci yerə, kəmər güləşi halqası və "üç güləş" üzrə üçüncü yerə layiq görülüb.

İdman.biz