Bağırov Avropa çempionu olub, Omarov gümüş qazanıb - FOTO/YENİLƏNİB

Xəbərlər
5 İyul 2025 21:46
71
Bağırov Avropa çempionu olub, Omarov gümüş qazanıb - FOTO/YENİLƏNİB

İtaliyanın Kaorle şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, yarışın 6-cı günündə sərbəst güləşində ilk qaliblər bəlli olub.

Üç güləşçimiz medallar uğrunda mübarizə aparıb.

U-20 Avropa çempionatı
Sərbəst güləş

57 kq
Vasif Bağırov Avropa çempionatının finalında Nika Zanqaladze (Gürcüstan) ilə qarşılaşıb. 9:6 hesabı ilə qaib gələn güləşçimiz fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

79 kq
Muradxan həlledici görüşdəki rəqibi gürcüstanlı Davit Çeçelaşvili olub. Təmsilçimiz 0:10 hesabı ilə uduzaraq, çempionatı ikinci pillədə başa vurub.

97 kq
Təsəlliverici görüşü qələbə ilə başa vuran Rəvan Musayev bürünc uğrunda rusiyalı Maqomedqadji Maqomedovla yarışıb. Rəqib idmançı 6:0 hesabı ilə qalib gələrək, 3-cü yeri tutub.

Qeyd edək ki, sabah daha 5 sərbəst güləşçimiz medal uğrunda mübarizə aparacaq.

İdman.biz