Azərbaycan sərbəst güləşçiləri Avropa çempionatında 7 medal qazanıblar

Xəbərlər
26 İyun 2025 23:19
57
Azərbaycan sərbəst güləşçiləri Avropa çempionatında 7 medal qazanıblar

İtaliyanın Kaorle şəhərində güləş üzrə U-15 Avropa çempionatında sərbəst güləşçilərin çıxışına yekun vurulub.

İdman.biz xəbər verir ki, Azərbaycan yığması 7 medal qazanıb.

Komandamızın üzvləri 2 qızıl, 4 gümüş və 1 bürünc medal əldə ediblər.

U15 Avropa çempionatı
Sərbəst güləş
38 kq

Cavanşir Süleymanov finalda rusiyalı Abdulla Almazovla (UWW) güləşib. Görüş rəqib idmançının qələbəsi ilə yekunlaşıb və güləşçimiz gümüş qazanıb.

41 kq
Hüseyn Rzazadə həlledici görüşdə rusiyalı Nikita Kondraşovla (UWW) qarşılaşıb. 7:6 hesabı ilə qalib pəhləvanımız fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

44 kq
İbrahim Həsənov finalda rusiyalı Kirill Kondraşov (UWW) mübarizə aparıb. 0:8 hesabı ilə uduzan təmsilçimiz gümüşə sahib çıxıb.

48 kq
Əkbər Əsgərov qızıl medal uğrunda rusiyalı Amir Daurovla (UWW) yarışıb. Təmsilçimiz 4:5 hesabı ilə məğlub olub.

Tunar Sultanzadə bürünc medal uğrunda görüşdə Demetre Mortuladze ilə güləşib və 4:5 hesabı ilə uduzub.

57 kq
Elcan Həsənov bürünc medal uğrunda Viktor Kara ilə güləşib. Güləşçimiz 4:7 hesabı ilə uduzub.

Muraz Hüseynov bürünc uğrunda mübarizə aparıb. O, rusiyalı Abdul İsayevə (UWW) 0:10 hesabı ilə məğlub olub.

62 kq
Məhəmməd Həsənli finalda rumıniyalı İstvan Naqi ilə güləşib. Görüş 2:2 hesabı ilə yekunlaşsa da, rəqib sonuncu xal sayəsində qalib elan olunub.

68 kq
Xəyal Şükürlü 3-cü yer uğrunda görüşdə Şahen Martirosyanla qarşılaşıb. 7:4 hesabı ilə gücü olan güləşçimiz bürünc qazanıb.

85 kq
Elgün Kərimli finalda gürcüstanlı Mate Oniani ilə güləşib. 11:9 hesabı ilə qalib gələn Elgün Avropa çempionu tituluna yiyələnib.

İdman.biz