Xorvatiyanın Poreç şəhərində keçirilən çimərlik güləşi üzrə U-17 Avropa çempionatında millimiz 2 qızıl və 1 bürünc medal qazanıb.
İdman.biz xəbər verir ki, medalların əyarına görə bütün rəqiblərini qabaqlayan komandamız xal sıralamasında (65) üçüncü yeri tutub.
Gürcüstan (85) birinci, Ukrayna (70) isə ikinci olub.
Qeyd edək ki, yarışda Ruslan Vəliyev (70 kq) və Nihad Süleymanlı (80 kq) qızıl, Rəşid Nazarov (60 kq) isə bürünc medala yiyələnib.
İdman.biz