Eldəniz, Nihat və Ülvü dünya çempionu olub

Xəbərlər
29 Oktyabr 2024 22:58
2 615
Eldəniz, Nihat və Ülvü dünya çempionu olub

Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəkiləri üzrə dünya çempionatında bu gün yunan-Roma güləşçilərinin yarışına yekun vurulub.

İdman.biz xəbər verir ki, mundialda 4 çəki dərəcəsi üzrə mükafatçılar bəlli olub.

Azərbaycan güləşçiləri 4 çəki dərəcəsinin hər birində medal şansını qoruyur. Onlardan 3-ü finalda, 1-i isə təsəlliverici görüşdə qüvvəsini sınayıb.

Dünya çempionatı
Yunan-Roma güləşi
5️5️ kq

Üçqat dünya çempionumuz Eldəniz Əzizli növbəti titul uğrunda xalçaya çıxıb. O, Azərbaycan tarixinə düşmək üçün iranlı Poya Marza ilə qarşılaşıb. Eldəniz xalların keyfiyyətinə görə (1:1) qalib gələrək 4-cü dəfə dünya çempionatında qızıl medal qazanıb.

6️3️ kq
Nihat Məmmədli finalda qazaxıstanlı Yerjet Jarlikassinlə münasibətinə aydınlıq gətirib. Güləşçimiz 6:1 hesabı ilə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

7️2️ kq
Ülvü Qənizadə final görüşünə çıxıb. O, qızıl medallar uğrunda fransalı İbrahim Qanemlə qarşılaşıb və 3:2 hesabı ilə qalib gəlib.

8️2️ kq
Qurban Qurbanov da medal şansını davam etdirir. O, təsəlliverici görüşdə özbəkistanlı Jalqasbay Berdimuratovla güləşib. Qurbanov rəqibinə 5:0 hesabı ilə qalib gələrək bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Medal uğrunda mübarizədə güləşçimiz türkiyəli Ahmet Yılmaza 1:8 hesabı ilə uduzaraq, fəxri kürsüdən kənarda qalıb.

Qeyd edək ki, mundailda bu gün qadın güləşçilər mübarizəyə başlayacaq.

İdman.biz