Dünya çempionatı: Əzizli, Məmmədli və Qənizadə finalda

Xəbərlər
28 Oktyabr 2024 21:57
1 907
Dünya çempionatı: Əzizli, Məmmədli və Qənizadə finalda

Bu gün Albaniyanın paytaxtı Tiranada qeyri-olimpiya çəkiləri üzrə dünya çempionatına start verilib.

İdman.biz xəbər verir ki, ilk gündə yunan-Roma güləşçiləri mübarizə aparır.

Azərbaycan 4 çəki dərəcəsinin hər birində təmsil olunur.

Dünya çempionatı
Yunan-Roma güləşi
57 kq

Üçqat dünya çempionu Eldəniz Əzizli yarışa 1/8 finaldan qoşulub. Albaniyalı Bayram Sina ilə üz-üzə gələn milli üzvü tam üstünlükə (8:0) qalib gəlib. Əzizli 1/4 finalda da eyni uğuru təkrarlayıb. O, bu dəfə çinli Haifenq Zanqdan üstün olub - 9:0. Rövşənin rəqibi Denis Florin Mihai (Rumıniya) olub və güləşçimiz 9:0 hesabı ilə qalib gəlib. Həlledici görüşdə Əzizli iranlı Poya Sulat Marzla qarşılaşacaq.

63 kq
İlk mərhələdən mübarizəyə başlayan Nihat Məmmədli İldar Hafizova (ABŞ) tam üstünlükə (10:0) qalib gələrək 1/8 finala vəsiqə qazanıb. Güləşçimiz daha sonra bolqarıstanı Muslim Amayevə "tuşla" qalib gəlib. O, 1/4 finalda Hleb Makaranka (AİN) 5:0 hesabı ilə qalib gəlib. Nihat finala gedən yolda Karen Aslanyanı (Ermənistan) 6:1 hesabı ilə məğlub edib. Məmmədli finalda Yerzet Jarlikassin ilə üz-üzə gələcək

72 kq
Ülvi Qənizadə 1/8 finalda Otar Abuladzeni (Gürcüstan) məğlub edib - 5:1. O, ardınca xorvatiyalı Dominik Etlingerə tam üstünlüklə (9:0) qalib gələrək yarımfinala yüksəlib. Ülvi çinli Ji Lenqə 6:0 hesabı ilə qalib gələrək, həlledici görüşə vəsiqə qazanıb. Qənizadə finalda İbrahim Mahmud Hassanla (Fransa) qarşılaşacaq.

82 kq
Qurban Qurbanov təsnifat mərhələsində albaniyalı Kevin Kupini sınağa çəkib. O, rəqibinə tam üstünlüklə (9:0) qalib gələrək 1/8 finala yüksəlib. O, növbəti görüşündə isə macarıstanlı Erik Szilvassiyə 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki, mundiala oktyabrın 31-də yekun vurulacaq.

İdman.biz