Üçqat Olimpiya çempionu vəfat edib

2 Sentyabr 2024 12:26
817
Üçqat Olimpiya çempionu vəfat edib

Sərbəst güləş üzrə 3 qat Olimpiya çempionu Aleksandr Medvedev vəfat edib.

İdman.biz xəbər verir ki, bu barədə Belarus Güləş Federasiyası məlumat yayıb.

Medvedev 86 yaşında dünyasını dəyişib. O, 1964,1968 və 1972-ci illərdə keçirilən Olimpiya oyunlarının qalibidir.

Qeyd edək ki, Aleksandr Medvedev 7 qat dünya, 3 qat Avropa çempionu olub.

İdman.biz