Bu gün Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.
İdman.biz xəbər verir ki, yarışın ikinci günündə yunan-Roma güləşçiləri mübarizə aparıblar.
Xalça üzərinə çıxan 7 güləşçidən yalnız ikisi medal qazanmaq şansını saxlayıb. İsmayıl Rzayev (82 kq) israilli Omer Barak (8:0), bolqarıstanlı Martin Şişekov (tuş) və xorvatiyalı Antonio Lukaça (9:0) qalib gələrək yarımfinala yüksəlib. İsmayıl yarımfinalda ermənistanlı Erik Matevosyanla qarşılaşıb. Güləşçimiz 2:1 hesabı ilə üstün olaraq, finala yüksəlib.
Ruslan Nurullayev isə (72 kq) yarımfinalda litvalı Rokas Çepauskasa 1:5 hesabıyla məğlub olub. O, sabah bürünc medal uğrunda güləşəcək.
Qeyd edək ki, final görüşü sabah keçiriləcək.
İdman.biz