Qadın güləşi üzrə Azərbaycan yığmasının lideri Mariya Stadnik (50 kq) Belqradda keçirilən dünya çempionatında çıxışını başa vurub.
İdman.biz-in məlumatına görə, Stadnik 1/4 finalda amerikalı Sara Hildebranda uduzub. Hildebrand finala yüksələ bilmədiyi üçün Stadnik üçün lisenziyalı dünya çempionatı başa çatıb.
Jalya Əliyeva (57 kq) da 1/4 finalda Helen Maroulisə uduzub. Amerikalı da finala çıxa bilməyib.
Axşam blokunda Azərbaycan güləşçiləri medal uğrunda mübarizə aparacaqlar. Olimpiya lisenziyasının sahibi Maqomedxan Maqomedov (97 kq) finalda bəhreynli Əhməd Tajudinovla qarşılaşacaq.
Alena Kolesnik (59 kq) isə bürünc uğrunda Cennifer Rocerslə (ABŞ) mübarizə aparacaq.
İndiyədək komandanın bir mükafatı var. Osman Nurməhəmmədov (92 kq) gümüş medal qazanıb.
----------
17:18
Belqradda keçirilən güləş üzrə dünya çempionatında Mariya Stadnik (50 kq) və Jalya Əliyeva (57 kq) 1/4 finalda məğlub olublar.
İdman.biz-in məlumatına görə, Olimpiya kateqoriyasında üçqat olimpiya mükafatçısı Stadnik kubalı Yusnelis Quzman (7:2) və Polina Lukinanı (neytral status) 12:1 hesabı ilə məğlub edib. Amma 1/4 finalda Sara Hildebranda uduzub - 3:14. Amerikalı finala yüksələrsə, Mariya bürünc uğrunda mübarizə aparmaq şansı qazanacaq.
Jalya Əliyeva 57 kq çəki dərəcəsində Amerika səddini keçə bilməyib. O, ilk görüşlərdə kolumbiyalı Andrea Qonqora (7:2) və meksikalı Alma Valensiyaya qalib gəlsə də, 1/4 finalda Helen Maroulisə uduzub - 3:8.
Öz növbəsində Birgül Soltanova 1/8 finalda türkiyəli Kadriya Aksoya uduzub.
Proqramın axşam hissəsində medallar uğrunda döyüşlər olacaq. Alena Kolesnik (59 kq) təsəlliverici görüşdə macarıstanlı Tamara Dollaka (10:0) qalib gəlibb və Cennifer Rocerslə (ABŞ) bürünc medal uğrunda mübarizə aparacaq.
Olimpiya lisenziyasının sahibi, sərbəst güləşçi Maqomedxan Maqomedov isə finalda Əhməd Tajudinov (Bəhreyn) ilə qarşılaşacaq.
Xatırladaq ki, Azərbaycan yığması dünya çempionatında qazandığı medalların hesabını bir gün əvvəl açıb: Osman Nurməhəmmədov (92 kq) gümüş mükafata layiq görülüb.
---------
16:04
Belqradda keçirilən güləş üzrə dünya çempionatında Mariya Stadnik (50 kq) və Jalya Əliyeva (57 kq) 1/4 finala yüksəlib.
İdman.biz-in məlumatına görə, Azərbaycan milli komandasının idmançıları növbəti yarış gününə uğurla başlayıb. Olimpiya kateqoriyasında üçqat Olimpiya mükafatçısı Stadnik kubalı Yusnelis Quzmanı (7:2) və Polina Lukinanı (Neytral status) 12:1 hesabı ilə məğlub edib. Mariya 1/4 finala yüksəlib.
Həmçinin 1/4 finalda kolumbiyalı Andrea Qonqora (7:2) və təmiz qələbə ilə meksikalı Alma Valensiyaya qalib gələn Jalə Əliyeva (57 kq) mübarizə aparacaq.
Öz növbəsində Birgül Soltanova 1/8 finalda türkiyəli Kadriya Aksoyla qarşılaşıb və uduzub.
Proqramın axşam hissəsində medallar uğrunda döyüşlər olacaq. Alena Kolesnik (59 kq) cavab görüşünü macarıstanlı Tamara Dollaka (10:0) qazanıb və Cennifer Rocerslə (ABŞ) bürünc medal uğrunda mübarizə aparacaq.
Olimpiya lisenziyasının sahibi, sərbəst güləşçi Maqomedxan Maqomedov isə finalda Əhməd Tajudinov (Bəhreyn) ilə qarşılaşacaq.
Xatırladaq ki, Azərbaycan yığması dünya çempionatında qazandığı medalların hesabını bir gün əvvəl açıb: Osman Nurməhəmmədov (92 kq) gümüş mükafata layiq görülüb.
Zəki Feyzullayev
İdman.biz