4 güləşçimiz finalda

Xəbərlər
15 May 2024 22:54
987
4 güləşçimiz finalda

Bu gün Yunanıstanın Lutraki şəhərində güləş üzrə U-15 Avropa çempionatına start verilib.

İdman.biz xəbər verir ki, yarışın ilk günü millimiz üçün uğurlu olub.

Yığmamızın 4 güləşçisi finala vəsiqə qazanıb. Sabah keçiriləcək həlledici görüşlərdə idmançılarımızın rəqibləri rusiyalı həmkarları olacaq.

Qeyd edək ki, daha bir neçə güləşçimiz sabah bürünc medal uğrunda mübarizə aparacaq.

41 kq
İbrahim Həsənov - Mustafa Bersanukayev (AİN)

52 kq
Rəşid Nazarov - Musa Santikov (AİN)

62 kq
Ruslan Vəliyev - Yaroslav Koloda (AİN)

75 kq
Nihad Süleymanlı - Şamil Abakarov (AİN)

İdman.biz