Paris-2024-ə lisenziya qazanan güləşçilərimiz Vətənə qayıdıb - FOTO

Xəbərlər
11 May 2024 16:58
378
Paris-2024-ə lisenziya qazanan güləşçilərimiz Vətənə qayıdıb - FOTO

Türkiyənin İstanbul şəhərində Dünya Olimpiya Təsnifat Turnirində uğurla çıxış edən yunan-Roma güləşi üzrə Azərbaycan millisi Vətənə qayıdıb.

İdman.biz xəbər verir ki, "klassiklər"i Heydər Əliyev Beynəlxalq Aeroportunda idman ictimaiyyəti, eləcə də ailə üzvləri və media nümayəndələri qarşılayıblar.

İstanbulda Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) bütün rəqiblərindən üstün olaraq Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, onlaradək yunan-Roma növündə Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanov (77 kq) da Fransa paytaxtına bilet sifariş vermişdi.

Emin Ağa
İdman.biz

Məqalədə: