Frank Çamizo: “Haqsızlığı geridə qoymaq üçün özümdə güc tapacam”

Xəbərlər
24 Aprel 2024 09:32
Frank Çamizo: “Haqsızlığı geridə qoymaq üçün özümdə güc tapacam”

“Dünya Güləş Birliyinə təşəkkürümü bildirirəm”.

İdman.biz xəbər verir ki, bu sözlər italiyalı sərbəst güləşçi Frank Çamizoya məxsusdur.

O, sosial şəbəkədə paylaşımında bildirib ki, UWW İntizam Komitəsinin Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirində Turan Bayramovla görüşü ilə bağlı etirazına verilən qərarlardan narazı qalıb: “Bu, haqsızlıqdır. Lisenziya üçün 4 il hazırlaşdım, amma hakimlərə 5-10 aylıq diskvalifikasiya verildi. Bu ədalət təmsilçiləri güzgüdə özlərinə necə baxırlar? Tanrı hamımızı izləyir, bundan sonra da var gücümlə çalışacam və haqsızlığı geridə qoymaq üçün özümdə güc tapacam”.

Qeyd edək ki, İntizam Komitəsi görüşün nəticəsini qüvvədə saxlayıb və qarşılaşmanın referilərinə müxtəlif cəzalar verib. Xalça hakimi Roman Pavlov və hakim İbrahim Cicioğlunu ilin sonunadək bütün yarışlardan uzaqlaşdırılıb. Görüşə təyin olunan digər ədalət təmsilçiləri Ali Sayvan oktyabrın 30-dək, Aleksey Bazulin, Kamel Buaziz və Kase Gossel isə iyunun 30-dək diskvalifikasiya olunublar.

İdman.biz

Məqalədə: