Hacı Əliyev: “Hər iki dizimdə olan problem hələ qalır”

Xəbərlər
15 Aprel 2024 13:39
939
Hacı Əliyev: “Hər iki dizimdə olan problem hələ qalır”

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyevin (65 kq) son durumuna aydınlıq gəlib.

Bu barədə İdman.bizə 3 qat dünya və 4 qat Avropa çempionunun özü məlumat verib.

Əliyev bildirib ki, hazırda gözünə keçən mikrobla bağlı müalicəsi yekunlaşıb: “Sadəcə tam sağalmağımı gözləyirəm. Hər iki dizimdə olan problem hələ qalır. 10 gün fizioterapiya olunacam. Amma fiziki məşqlərimi davam etdirirəm. İki həftədən sonra milli komandaya qoşulacam”.

Qeyd edək ki, Hacı Əliyev Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin 1/8 finalında fransalı rəqibi Həmzət Arsamerzoyevlə görüşəndə qaşı partlayıb və tikişdən sonra gözünə mikrob düşüb.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: