Ağırçəkili pəhləvanımız da Paris-2024-ə “bilet” qazanıb - VİDEO

Xəbərlər
7 Aprel 2024 20:19
378
Ağırçəkili pəhləvanımız da Paris-2024-ə “bilet” qazanıb - VİDEO

Sərbəst güləş üzrə Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb.

İdman.biz xəbər verir ki, bu uğura Giorgi Meşvildişvili imza atıb.

125 kq çəkidə mübarizə aparan pəhləvanımız Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirində uğurla çıxış edib. 1/4 finalda Abraham Konyedonu (İtaliya) 10:0 hesabı ilə üstələyən təmsilçimiz yarımfinalda Alen Xubulova (Bolqarıstan) qalib gəlib – 7:0. İdmançımız bu qələbə ilə Olimpiya Oyunlarına yüksəlib.

Beləliklə, yarışa qatılan hər bir sərbəst güləşçimiz çıxışını vəsiqə ilə bitirib. Meşvildişvilidən öncə eyni uğura Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (86 kq) da imza atıb.

İdman.biz