İkiqat olimpiya çempionu Abdulraşid Sadulayev Bakıda keçiriləcək güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirində iştirak etməyəcək.
İdman.biz xəbər verir ki, bunu Rusiya İdman Güləşi Federasiyasının mətbuat xidməti açıqlayıb.
Beynəlxalq Olimpiya Komitəsi rusiyalı güləşçini lisenziya xarakterli turnirə buraxmayıb. Qurum onun yarışlarda iştirakına qadağa qoyub.
Qeyd edək ki, Bakıdakı lisenziya xarakterli turnir sabah start götürəcək. Sadulayev turnirdə 97 kq çəkidə favoritlərdən biri sayılırdı.
İdman.biz