“İnanmışam ki, zəhmət boşa getmir, gec də olsa bəhrəsini verir”.
İdman.Biz xəbər verir ki, bunu güləş üzrə Avropa mükafatçısı və U-23 dünya çempionu Jalə Əliyeva söyləyib.
O, Milli Olimpiya Komitəsinin təşəbbüsü və Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə Bakıda təşkil olunan tədbirdə karyerası ilə bağlı fikirlərini bölüşüb:
“İnanmışam ki, zəhmət boşa getmir, gec də olsa bəhrəsini verir. Sizə məsləhətim odur ki, ruhdan düşməyin və yolunuza davam edin”.
