Fərid Qayıbov: “Güləş üzrə Azərbaycan çempionatı yeni idman mövsümünün başlanğıcıdır” - VİDEO

Xəbərlər
8 Yanvar 2026 18:15
95
Fərid Qayıbov: “Güləş üzrə Azərbaycan çempionatı yeni idman mövsümünün başlanğıcıdır” - VİDEO

“İdmançılarımız Avropa və dünya çempionatlarında qazandıqları medallarla daim bizi sevindirirlər”.

İdman.Biz xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatının açılış mərasimində deyib.

“Güləş bizim üçün ənənəvi idman növüdür və bu, dəfələrlə ölkə rəhbəri tərəfindən vurğulanıb. İdmançılarımız Avropa və dünya çempionatlarında qazandıqları medallarla daim bizi sevindirirlər. İlin idman mövsümü isə məhz Azərbaycan çempionatı ilə başlayır. Əminəm ki, bu yarışda yeni istedadların adlarını eşidəcəyik. İdmançılar ciddi hazırlıq keçiblər və bizi maraqlı qarşılaşmalar gözləyir”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, Azərbaycan çempionatı yanvarın 11-dək davam edəcək.

İdman.Biz