Başqırdıstanın paytaxtı Ufa şəhərində kəmər güləşi üzrə oğlanlar və qızlar arasında dünya birinciliyi və mas-reslinq üzrə böyüklər arasında beynəlxalq yarış keçirilib.
İdman.biz-in məlumatına görə, kəmər güləşində idmançılarımızdan Aytən Əliyeva (57 kq) gümüş, Cavidan Nəhmətov (71 kq) bürünc medal qazanıblar.
Mas-reslinq yarışında Cahangir Yaqubovun (105 kq) nəticəsi daha yüksək olub. O, bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Orxan Xanlarov (80 kq) isə bürünc medala sahib çıxıb.
İdman.biz